Menu

Ermənistanda telekanal rəhbəri saxlanılıb

25.12.2019, 00:40
Ermənistanda telekanal rəhbəri saxlanılıb

Ermənistanda fəaliyyət göstərən "5-ci kanal"ın sahibi Armen Tavadyan saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən "NEWS.am"a bildirilib.

Qeyd edilir ki, Tavadyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarı Varujan Mkrtçyanın cinayət işi çərçivəsində saxlanılıb.

Varujan Mkrtçyana qarşı satın alma və ya yalan ifadə verməyə məcbur etmə və digər maddələr üzrə ittihamlar irəli sürülüb. O, şübhəli şəxs kimi saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol