«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çinin Sıçuan əyalətinin paytaxtı Çendu şəhərində Asiya ölkələrinin üçtərəfli sammiti baş tutub. Sammit Koreya Xalq Demokratik Respublikasının (KXDR) denuklearizasiyası probleminə həsr olunub.
Raket atışları fonunda, gərgin vəziyyəti Cənubi Koreyanın prezidenti Mun Çje İn, Çin Dövlət Şurasının Baş naziri Le Ketsyan və Yaponiyanın Baş naziri Sindze Abe müzakirə ediblər.
«Renhan» agentliyinin məlumatına görə, tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə dəstək verməyə hazır olduqlarını ifadə ediblər.
Bununla bərabər, liderlərin hamısı bu fikirdə yekdil olduqlarını bildiriblər ki, KXDR problemini yalnız siyasi yolla həll etmək olar və Pxenyanla Vaşinqton arasında danışıqların bərpa olunmasına çağırıblar.


Şərhlər