Menu

Akif Nağı da parlament seçkilərinə qatıldı

25.12.2019, 16:01
Akif Nağı da parlament seçkilərinə qatıldı

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bu barədə Modern.az-a Akif Nağı özü məlumat verib.

"Parlament seçkilərinə 9 saylı Binəqədi seçki dairəsindən qatılacam. Bu gün namizədliyimin irəli sürülməsi üçün dairə seçki komissiyasına ərizə ilə müraciət etmişəm".

Qeyd edək ki, ötən parlament seçkilərində də Akif Nağı namizədliyini 9 saylı Binəqədi seçki dairəsindən irəli sürmüşdü.

Şərhlər

Volodya 2019-12-25 16:14:37

komu oni nujnı.Arxiv nado zakrıt!;;

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol