Menu

Putin beş generalı işdən azad edib - SİYAHI

25.12.2019, 20:43
Putin beş generalı işdən azad edib - SİYAHI

Rusiya Prezidenti Vladimir Putin bir sıra nazirliklərin generallarını işdən azad edib.

APA RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, işdən kənarlaşdırılan generallar bunlardı:

- Daxili İşlər Nazirliyinin Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko;

- Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

- Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

- Daxili İşlər Nazirliyinin Kriminalistika Baş İdarəsinin rəis müavini general-mayor Sergey Ryabov;

- Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov.

Rusiya prezidentinin digər sərəncamı ilə bu generallar yeni vəzifələrə təyinat alıblar:

- Daxili didmət general-mayoru Vladimir Denejkin Yanğınsöndürmə İdarəsi rəisinin müavini - Fövqəladə Hallar Nazirliyinin Xüsusi İdarəsinin rəisi;

- Polis general-mayoru Leonid Kolomiyets, Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin rəisi;

- Polis general-mayoru Aleksandr Pryadko, Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.

Şərhlər

Elli 2019-12-25 20:54:55

bizim bu nəyimizə lazımdır ki, çıxardır çıxartsın da Rusiya başqa dövlət, biz başqa dövlət.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol