"Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlikləri bizim işimizə müdaxilə etməyə çalışırlar, bu yolverilməzdir".
APA-nın məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
O qeyd edib ki, vəkillərin işinə heç kim müdaxilə edə bilməz: "Bəzi vəkillərimiz səfirliklərə işləri ilə bağlı məlumatlar verirlər. Lakin heç bir vəkil də xarici ölkə səfirinə hesabat verə bilməz. Biz müstəqil qurumuq. İstər öz ölkəmizdə, istərsə də xarici ölkələrə hesabat vermirik".


Şərhlər
Vəkil heç kimə və ya hər hansı bir orqana hesabat verməməlidir. Yalnız müqavilə bağladığı şəxs istisna olmaqla
Vəkil yalnız və yalnız müqavilə bağladığı şəxsin qarşısında məsuliyyət daşıyır. Buna görə də vəkil heç bir qüruma hesabat verməli deyil.
пошел бы ты ......