Menu

"Türkiyə İdlibdə qırğını dayandırmaq üçün çox çalışır" - Tramp

26.12.2019, 18:42
"Türkiyə İdlibdə qırğını dayandırmaq üçün çox çalışır" - Tramp

Türkiyə Suriyanın şimalındakı İdlib əyalətində qırğını dayandırmaq üçün çox çalışır.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində bildirib.

“Rusiya, Suriya və İran İdlib əyalətində minlərlə günahsız mülki vətəndaşı öldürür. Bunu etməyin! Türkiyə bu qırğını dayandırmaq üçün çox çalışır”, - deyə ABŞ Prezidenti qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol