Menu

Bakıda 69 yaşlı qadın klinikada öldü - Prokurorluq araşdırmalara başladı

26.12.2019, 19:23
Bakıda 69 yaşlı qadın klinikada öldü - Prokurorluq araşdırmalara başladı

Bakıda qadın klinikada dünyasını dəyişib.

Trend-in məlumatına görə. hadisə paytaxtın Xətai rayonu ərazisindəki "Baku Medical Plaza"da baş verib.

1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də "Baku Medical Plaza"ya yerləşdirilib və müalicəyə başlayıb.

Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol