Menu

Stalinin limuzini oğurlanıb

27.12.2019, 21:06
Stalinin limuzini oğurlanıb

Moskvanın şimalında naməlum şəxslər SSRİ rəhbəri İosif Stalinin limuzinini oğurlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər ZİS-115-i evakuatora yükləyərək naməlum istiqamətə gediblər. Hazırda oğruların tutulması istiqamətində işlər görülür.

ZİS-115 yüksək sinif avtomobillərdən hesab olunur. Həmin limuzundən cəmi 56 ədəd istehsal olunub. Stalin bu maşından 1949-cu ildən istifadə edib. Sənədlərə görə avtomobil ukraynalı biznesmen Ruslan Tarpana məxsusdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol