Menu

Psixoloqların diaqnostik qiymətləndirilməsi bu gün başa çatır

28.12.2019, 09:31
Psixoloqların diaqnostik qiymətləndirilməsi bu gün başa çatır

Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatır.

Təhsil Nazirliyindən verilən xəbərə görə, diaqnostik qiymətləndirmə dekabrın 24-də başlayıb.

İmtahanda 2700-dək psixoloq iştirak edir. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol