Menu

"2019-cu il Azərbaycan Ordusu üçün uğurlu olub" - Müdafiə naziri

28.12.2019, 17:34
"2019-cu il Azərbaycan Ordusu üçün uğurlu olub" - Müdafiə naziri

"Dövlətimizin siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, müdafiə qüdrətinin artırılması istiqamətində qəbul edilən qərarlar, atılan uğurlu addımlar böyük nailiyyətlərin əldə olunmasını təmin edir. Görülən işlər bütün sahələrdə olduğu kimi ordu quruculuğu prosesinə də müsbət təsirini göstərib. Əminliklə deyə bilərik ki, 2019-cu il Azərbaycan Ordusu üçün də uğurlu olub".

Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Onun sözlərinə görə, cari il ərzində Azərbaycan Ordusunun qoşun növləri cəlb edilməklə bir neçə genişmiqyaslı təlim, birlik və birləşmələrin iştirakı ilə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib:

"Eyni zamanda hazırlıq planına uyğun olaraq tədris ilində 15-dək briqada taktiki, 300-dən çox tabor (divizion) taktiki təlimi, eləcə də Hərbi Hava Qüvvələrində 80-dən artıq taktiki-uçuş və Hərbi Dəniz Qüvvələrində 6 gəmi-döyüş təlimi icra olunub".

Şərhlər

Omer 2019-12-29 02:28:25

Bizim ordu Susan alanda ugur olacaq. Ozude xankendinden

Generala 2019-12-28 22:43:41

Bu uğurun adı varmı? Hansı müvəffəqiyyətlərimiz olub? Bəlkə Dağlıq Qarabağ ətrafı 7 rayonu azad etmisik?...

Cəsarət 2019-12-28 20:25:01

Uğurlu, DQMV və ətrafının hərbi işğaldan müdafiəsi ili ola bilər.

eloqlu 2019-12-28 19:42:34

.... ))))

Özgür 2019-12-28 19:05:39

Qarabağı almışıq?

Elxan 2019-12-28 18:41:21

Uqur nede gosterib ozunu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol