Menu

“AQTA-nın 100-dək əməkdaşı işdən çıxarılıb” - Qoşqar Təhməzli

29.12.2019, 15:43
“AQTA-nın 100-dək əməkdaşı işdən çıxarılıb” - Qoşqar Təhməzli

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətə başladığı dövrdən indiyə qədər 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

APA-nın məlumatına görə, bunu Agentliyin sədri Qoşqar Təhməzli bildirib.

O deyib ki, bu şəxslər işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunublar: "Neqativ hallarla bağlı AQTA Baş Prokurorluğa müraciət edib. Nəticədə 3 əməkdaşımızın qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər".

Q. Təhməzli qeyd edib ki, bundan sonra da işində nöqsanlara yol verən şəxslər Qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar.

Şərhlər

Vətəndaş 2019-12-29 17:42:26

Bu agentliyin işinin nədən ibarət olduğu aydın deyil.Palma yağlarının kərə yağına qatılaaq ticarət məntəqələrinə verilməsi niyə aşkarlanmır? Burada AQTA-nin rolu niyə görünmür? Əgər AQTA yazdığı kimi palma yaöları qida təhlükəsi yaratmırsa niyə palma yağları ticarət məntəqələrində yoxdur?Həmin yağlar harada istifadə olunur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol