Menu

Xəzər rayonunda 27 yaşlı gənc bıçaqlanıb

29.12.2019, 21:33
Xəzər rayonunda 27 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib."Report" xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində, Binə yolunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Samir Seyfulla oğlu Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol