Menu

Bakı-Qazax yolunda sərnişin avtobusu piyadanı vurub öldürüb

30.12.2019, 20:57
Bakı-Qazax yolunda sərnişin avtobusu piyadanı vurub öldürüb

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində Bakı-Gəncə marşrutu üzrə hərəkət edən 10-UD-395 dövlət nömrə nişanlı sərnişin avtobusu şəxsiyyəti məlum olmayan piyadanı vurub.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla Bağlı BDYP tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol