Gədəbəy rayonunda yol qəzası baş verib."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza nəticəsində 1936-cı il təvəllüdlü İsa Fərman oğlu Həsənov, 1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov, 1989-cu il təvəllüdlü Vüsal Əkbər oğlu Verdiyev və 1991-ci il təvəllüdlü İsmayıl Səyyaf oğlu İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər