Menu

Sosial Rifah Partiyası heç kimin namizədliyini irəli sürməyib

02.01.2020, 15:54
Sosial Rifah Partiyası heç kimin namizədliyini irəli sürməyib

"Azərbaycanda 1 siyasi partiya fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələ ki, namizəd irəli sürməyib".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Sosial Rifah Partiyası (ASRP) fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələ ki, namizəd irəli sürməyib.

Qeyd edək ki, ASRP-nin sədri deputat Xanhüseyn Kazımlıdır.

Şərhlər

yusif-1313 2020-01-02 17:29:36

FAKTIKI 1 NƏFƏRDƏN İBARƏT PARTİYA BELƏ DƏ OLMALİDİR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol