Menu

Azərbaycan əhalisinin bank əmanətlərində dedollarlaşma davam edib

02.01.2020, 16:49
Azərbaycan əhalisinin bank əmanətlərində dedollarlaşma davam edib

Aşağı inflyasiya vә tarazlı valyuta bazarı şәraitindә dedollarlaşma prosesi davam edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, fiziki şәxslәrin әmanәtlәri üzrә dollarlaşma ilin әvvәlindәki 62,5%-dәn 2019-cu il dekabrın 1-nə 54,1%-ә enib. Noyabrın 1-i ilə müqayisədə isə dedollarlaşma səviyyəsində 1,3 faiz bəndi azalma qeydə alınıb.

Hesabata əsasən, 2019-cu il dekabrın 1-nə fiziki şəxslərin bank əmanətlərinin həcmi 8 681,5 mln. manat, o cümlədən xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 4 693,1 mln. manat ekvivalentində olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol