Menu

Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb

02.01.2020, 22:07
Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb

Rusiyanın Çelyabinsk vilayətində dörd nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Aqapovka kəndində “VAZ-2107” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olan dörd nəfər hadisə yerində keçinib. Digər nəqliyyat vasitəsində olan, dörd nəfərdən ibarət ailə xəstəxanaya yerləşdirilib.

Hazırda yol polisi əməkdaşları hadisə yerinə cəlb edilib, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol