Menu

Tramp əvvəl Süleymaninin öldürülməsindən imtina edib - Bir neçə gün sonra qərarını dəyişib

05.01.2020, 10:21
Tramp əvvəl Süleymaninin öldürülməsindən imtina edib - Bir neçə gün sonra qərarını dəyişib

ABŞ prezidenti Donald Tramp son kəşfiyyat məlumatlarının əksinə olaraq Pentaqona İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymanin öldürülməsi barədə sanksiya verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı və Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, D.Tramp əvvəlcə (dekabrın 28-də) generalın fiziki məhvindən imtina edib və bunun əvəzinə dekabrın 30-da ABŞ Hərbi Hava Qüvvələrinə İraqın Suriya ilə sərhədinə yerləşən Əl-Qaim şəhərindəki şiə qrupu Kataib Hizbullahın düşərgəsinə hücum etməyə göstəriş verib. 

Nəticədə 25 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb. Bu ABŞ-ın İraqdakı səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsinə səbəb olub. Bundan sonra isə ABŞ prezidenti radikal qərar qəbul edib və bu, Pentaqon nümayəndələrini təəccübləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol