ABŞ tərəfindən vurularaq öldürülən İran generalı Qasım Süleymaninin ölümündən bir neçə saat əvvəl yazdığı mətn ortaya çıxıb.
"Qafqazinfo"nun “Hürriyet”ə istinadla məlumatına görə, bir səhifəlik məktub üzüyü ilə birlikdə generalın qızı Zeynəb Süleymaniyə təqdim olunub. Süleymaninin qardaşı İran mediasına bildirib ki, mərhum general bu məktubu İraqa getməzdən əvvəl Suriyada yazıb və şəxsi əşyalarının içərisinə qoyub.
"Əl yazısı ölümündən 2-3 saat əvvələ aiddir. Bir həftə əvvəl birlikdə idik, bu, son görüşümüz oldu. Yazıdan məlum olur ki, şəhid olacağından xəbərdar olub. Mətndə dini və fəlsəfi ifadələrlə birlikdə "Allahım səni görmək istəyirəm, bizi qəbul et" formasında ifadələr də yer alıb”, - mərhumun qardaşı deyib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın hücumu nəticəsində İran generalı Qasım Süleymani öldürülüb və bu gün dəfn olunması planlaşdırılır.



Şərhlər
Iranın 20 il bundan əvvə abş tərəfindən vurulacağı danışılırdı. ustəlik irana yaxın bir cox şhərlərdə tikilən binalarda buna hesablanıb. amma yenədə müharibəols əziyyət cəkənlərdən biri də biz olacağıq.
ALLAH SƏNDƏN İNDİYƏ QƏDƏR ONUN NEçƏ BƏNDƏSİNİ ÖLDÜRDÜYÜNÜ SORUŞACAQ.
Sen iran generali ne is in variydi Iraqda.?Ilan titanic birgunde Ilan tutar