Menu

Keniyada silahlılar ABŞ-ın hərbi bazasına hücum ediblər

05.01.2020, 23:37
Keniyada silahlılar ABŞ-ın hərbi bazasına hücum ediblər

"Əl-Şəbab" radikal qruplaşmasının silahlıları Keniyanın Lamu dairəsində yerləşən ABŞ-ın hərbi-dəniz bazasına hücum ediblər.

Trend-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, Keniya Silahlı Qüvvələrinin təyyarələri hücuma cavab olaraq silahlılara bir neçə zərbə endiriblər.

Bildirilir ki, silahlılar Hindi yaşayış məntəqəsindən gəliblər və hücumdan əvvəl elektrik enerjisinin veriməsini kəsiblər. Yaşayış məntəqəsində elektrik enerjisinin verilməsi hələki bərpa edilməyib.

Hücum nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol