Menu

Daşkəsəndə körpə yanıq xəsarətləri alıb

06.01.2020, 00:30
Daşkəsəndə körpə yanıq xəsarətləri alıb

Daşkəsəndə körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Daşkəsən şəhərində baş verib.

Məlumata görə, 8 aylıq qız uşağı yaşadığı evdə valideynlərinin nəzarətindən yayınaraq çörək bişirən sobaya toxunub. Nəticədə o, yanıq xəsarətləri alıb. Körpə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol