«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, iranlı general Qasım Süleymani ilə vida mərasimində İran ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti danışıb ki, Süleynmani Rusiya ilə əməkdaşlıq məsələləri üzrə açar fiqur olub.
«Əl-Ələm» telekanalının verdiyi xəbərə görə, Vilayəti bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun «Əl-Qüds» bölməsinin komandiri «Rusiya ilə ikitərəfli həmkarlıq məsələsində açar fiqur olub və Rusiya Federasiyasının prezidenti Vladimir Putinə böyük hörmətlə yanaşıb».
Generalla vida mərasimi bu gün Tehranda keçirilib. Mərasimdə milyonlarla insan iştirak edib. Sabah o, öz doğma şəhəri Kirmanda dəfn olunacaq.


Şərhlər