Menu

“Silk Way Holding”in yeni yaradılmış şirkəti ləğv olunur

08.01.2020, 16:44
“Silk Way Holding”in yeni yaradılmış şirkəti ləğv olunur

“Silk Way Holding” MMC-yə daxil olan “ASG Servis” MMC holdinqin digər şirkəti - "Silk Way Business Aviation" MMC-yə qoşularaq ləğv olunduğunu elan edib.

“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay müddətində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Karqo Terminalına bildirə bilərlər.

Maraqlıdır ki, “ASG Servis” ötən il dekabrın 24-də dövlət qeydiyyatına alınıb. Ləğv olunan şirkətin nizamnamə kapitalı 105,611 milyon manat, qanuni təmsilçisi isə Zaur Nəsirovdur. O həm də “Silk Way Holding”ə daxil olan “İpək Yolu Sığorta” ASC-nin Təftiş Komissiyasının sədridir.

Şərhlər

Kamil 2020-01-08 18:25:38

Bir şəxs neçə vəzifə daşıya bilər? Bu hansı ehtiyacdan doğur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol