Menu

İran ABŞ bazalarını bu raketlərlə vurub - “Fateh-313” və “Qiam”...

09.01.2020, 08:21
İran ABŞ bazalarını bu raketlərlə vurub - “Fateh-313” və “Qiam”...

İran İraqda yerləşən ABŞ hərbi bazalarına zərbə vurmaq üçün müasir tələblərə cavab verən “Fateh-313” və “Qiam” raketlərindən istifadə edib.

APA-nın məlumatına görə, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Bildirilib ki, adıçəkilən raketlərin uçuş trayektoriyası müvafiq olaraq 500 və 800 kilometr məsafəyə malikdir: “ABŞ-ın raketdən müdafiə sistemləri bu raketlərə mane ola bilməyib. Çox sayda döyüş başlığı olan “Qiam” raketləri radarlara qarşı aktiv sistemə malikdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol