TRAMP NECƏ “YUMŞALDI”? – Nensi Pelosinin çağırışı öz işini gördü

Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında gərginliyin pik həddinə yüksəldiyi bir vaxtda, İran raketlərinin İraqdakı ABŞ hərbi bazalarını atəşə tutmasından sonra bütün gözləntilərin əksinə olaraq, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səsləndirdiyi bəyanat açıq səmada şimşək effekti verdi və hətta elə effekt ki, prezident Donald Trampı da silkələyib «yumşaltdı».

Yanvarın 8-i axşam saatlarında Rusiya KİV-nin yaydığı məlumatda bildirildi ki, spiker Nensi Pelosi prezident Donald Trampın administrasiyasına müraciət edərək, İrana qarşa təxribat xarakterli münasibətə son verməyə çağırıb.

«Biz, öz hərbçilərimizin təhlükəsizliyini təmin etməliyik, o cümlədən, administrasiya tərəfindən sərgilənən lazımsız təxribatları dayandırmalı və İrandan öz zorakılığını dayandırmağı tələb etməliyik» - deyə, Pelosi «Tvitter»də yazıb.

Bundan başqa, Pelosi əlavə edib ki, ABŞ və dünya birliyi «müharibəni özünə rəva görə bilməz».

Az keçməmiş, görünür ki, Pelosinin bu çağırışının və bəzi «təhdidlər»in təsiri altında prezident Tramp heç kimin gözləmədiyi halda, xeyli maraqlı və «yumşaq» bəyanatla çıxış edib. Prezident keçirdiyi canlı yayımda bildirib: «Heç bir ABŞ əsgəri raket zərbələrindən zərər görməyib. Hərbçilərimizin uğurlu fəaliyyəti nəticəsində İranın atdığı raketlər hədəflərə çatmayıb». Trampın həm də ABŞ-n İranın raket zərbələrinə cavab verilməycəyi mesajını göndərib və açıq bildirib ki, İrana qarşı yeni və sərt sanksiyalar tətbiq edəcək.

ABŞ prezidenti dünyanın aparıcı ölkələrinə, o cümlədən Çinə və Rusiyaya müraciət edərək, İranla bağlı siyasətlərini dəyişməyə, Tehranla daha mükəmməl bir anlaşmanın bağlanması üçün cəhdləri artırmağa çağırıb. Bununla yanaşı, Tramp İranla hərbi qarşıdurmaya getmək istəmədiklərini və sülhə hazır olduqların bildirib.

Beləliklə, sanki nə ABŞ iranlı general Qasım Süleymanini öldürüb, nə də İran ABŞ-ın İraqdakı hərbi bazalarını raket atəşinə tutub. Belədə, məntiqi sual yaranır: Trampın bu qəfil «yumşaqlığı» haradan qaynaqlanır?

Bir suala artıq yuxarıda cavab vermişik – Nensi Pelosinin çağırışı Trampı əməlli-başlı silkələyib!

Digər səbəbi isə rusiyalı politoloq Aleksandr Perenciyev göstərib: «İranlı general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsi ölkədaxili rəqiblərə «bir sıra kozır»lar verib».

Perenciyevin sözlərinə görə, Trampın rəqibləri «onun impiçmenti üçün yeni arqumentlər əldə ediblər və onu beynəlxaq vəziyyəti pisləşdirməkdə günahlandırıblar.

«Bundan başqa Trampı fiziki baxımdan aradan götürmək üçün onun rəqibləri real şans əldə etmiş olublar ki, sonradan bu qətlin rəsmi Tehranın əli ilə həyata keçirildiyi iddiasını irəli sürsünlər. Ümumiyyətlə, mənə elə gəlir ki, bu vəziyyətdə Tramp özünü ciddi zərbə altına atıb» - deyə, rusiyalı ekspert bəyan edib.

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar