Menu

Milli Məclisin buraxılmasının əleyhinə səs verən deputat seçkilərə gedir

09.01.2020, 10:23
Milli Məclisin buraxılmasının əleyhinə səs verən deputat seçkilərə gedir

Beşinci çağırış Milli Məclisin deputatı Rasim Musabəyov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bu barədə Modern.az-a məlumat verən Rasim Musabəyov namizədliyinin qeydə alındığını da söyləyib:“Namizədliyim 2 gün əvvəl Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Yenə də 18 saylı Nərimanov - Nizami seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.

Qeyd edək ki, Rasim Musabəyov heç bir partiyanın üzvü deyil.

Xatırladaq ki, Rasim Musabəyov Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezident İlham Əliyevə ünvanladığı müraciətin əleyhinə səs vermişdi. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol