Menu

Badamdarda sürüşmənin dinamikasında aktivlik qalmaqdadır

09.01.2020, 12:12
Badamdarda sürüşmənin dinamikasında aktivlik qalmaqdadır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin saat 12:00-a olan məlumatına əsasən, Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, müşahidələr davam etdirilir.

"Bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır", - nazirlikdən əlavə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol