Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 12-dək bələdiyyə seçkilərinin yekunlarını təsdiqləyəcək.
“Report” xəbər verir ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib.


Şərhlər
Məzahir müəllim, Şəki 113 saylı DSK -nın nəticələrini ləğv edin... Tam saxtaçarlıq edilib, seçicinin səsi önəmli olmayıb, " sehrli qutu"dan çıxanlara qanuni don geyindirilib ? Bələdiyyə üzvülüyünə təyin olunanlar, Vətəndaşın dövlətə olan inamını öldürür, ziyalı potensiyalına xələl gətirir... Xahiş edirəm Bələdiyyə seçkisinin nəticələri ləğv edilsin...