Menu

İmişlidə qətl törədilib

10.01.2020, 10:28
İmişlidə qətl törədilib

İmişlidə qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Ağamalılar kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Quliyev Emin Elsevən oğlu mübahisə zəminində İmişli rayon sakini Əzizov Zaur Zakir oğlunu bıçaqla qətlə yetirib.

Qətlin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol