Menu

"Palatanın Mərkəzi Banka birləşdirilməsi tam başa çatdırılıb"

10.01.2020, 15:48
"Palatanın Mərkəzi Banka birləşdirilməsi tam başa çatdırılıb"

"Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət funksiyalarının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi prosesi tam başa çatdırılıb. Mərkəzi Bankın nəzarət funksiyaları tam qurulub".

"APA-Economics"in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşü zamanı deyib.

"Birləşməni tam şəkildə başa çatdırmışıq. Kollektivin 70-75%-i işlə təmin olunub. Sadəcə təkrarlanan funksiyaları reallaşdıranlar AMB-də işlə təmin edilməyib. Onların əmək fəaliyyətinə kömək edib, kompensasiyalar verdik. Proses tam başa çatdırılıb. AMB-nin nəzarət funksiyaları tam qurulub", - deyə E. Rüstəmov bildirib.

Qeyd edək ki, Prezidentin 28 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilərək Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

Şərhlər

sual 2020-01-10 17:40:53

Mərkəzi bankın müstəqilliyinin təmin olunması sualı (inkişaf etmiş ölkələrin əksəriyyətində olduğu kimi) öz aktuallığını saxlayır....maliyyə sabitliyi və iqtisadi artımın təmin olunmasında səlahiyyətlər və cavabdehlik dəqiq müəyyənləşdirilməlidir ki, Parlament müzakirələri zamanı müvafiq dövlət qurumlarının hesabatları formal xarakter daşımasın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol