Menu

Qeydiyyat üçün sənədlərin təqdim olunması başa çatdı

10.01.2020, 21:41
Qeydiyyat üçün sənədlərin təqdim olunması başa çatdı

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb.

Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir. Belə ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən başlayıb, 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol