Menu

Goranboyda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub

10.01.2020, 22:55
Goranboyda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub

Goranboy rayonunda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Meşəli kənd sakini, 1990-cı il təvəllüdlü Sənan Əli oğlu İsmayılov əmisi oğlu tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxsin Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, 2 bıçaq xəsarəti alan S.İsmayılovun müalicəsi Goranboy rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol