Fin hərbçiləri hələlik İraqda qalırlar, amma evakuasiyaya hazırlaşırlar.
Finlandiya prezidenti Sauli Niinistyö bəyan edib ki, İranın ABŞ həbi bazalarına raket zərbələri nəticəsində Finlandiyadan olan və İraq hərbçilərinin öyrədilməsi ilə məşğul olan hərbi təlimatçılar zərər çəkməyiblər.
Finlandiyanın Müdafiə Nazirliyi (MN) təsdiqləyib ki, Ərbildəki fin sülhməramlıları İranın raket zərbələrindən zərər çəkməyiblər.
«İranın zərbələri amerikalılara qarşı yönəldilib. Onlar amerikalılar tərəfindən iranlı general Qasım Süleymaninin öldürülməsinə cavab idi» - yanvarın 8-də «Yle» teleşirkəti xəbər verib.
Bu arada Finlandiya prezidenti İranın raket zərbələrini pisləyən bəyanatla çıxış edib və beynəlxalq birliyi «zorakılığın qüsurlu çevrəsini qırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb».
Niinitsyönün məlumatına görə, böhranın tənzimlənməsi əməliyyatlarında iştirak edən fin sülhməramlıları təhlükəsiz şəraitdədirlər.
Yaxın vaxlara qədər Ərbildə yerləşmiş 80 nəfər fin təlimatçıları kürd hərbiləşdirilmiş «Peşmərgə» qruplaşmalarının öyrədilməsi ilə məşğul olublar.
Onlar Ərbilə ötən ilin sonunda İraqın mərkəzi hissəsindən gətiriliblər.
AzPolitika.info


Şərhlər