Menu

"Aston Martin" elektromobil istehsal etməkdən imtina edib

11.01.2020, 00:18
"Aston Martin" elektromobil istehsal etməkdən imtina edib

Böyük Britaniyanın avtomobil istehsalçısı "Aston Martin" ilk elektromobilini istehsal etməkdən imtina edib.

Trend-in "Ren TV"yə istinadla verdiyi məlumata görə, bunu "Autocar" nəşrinin şirkətdəki mənbəsi deyib.

Bildirilir ki, istehsal edilmiş "Rapid E" avtomobili elektrik model sistemlərini sınamaq üçün tədqiqat layihəsi olaraq qalacaq.

Qeyd edək ki, "Aston Martin Rapid E"nin prototipi 2019-cu ilin aprelində Şanxayın avtosalonunda təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol