Menu

Pakistanda məscid partladıldı

11.01.2020, 00:36
Pakistanda məscid partladıldı

Pakistanın Bəlucistan vilayətindəki Kvetta şəhərində yerləşən məsciddə güclü partlayış baş verib.

Hadisə zamanı aralarında 1 polis əməkdaşı və məscid axundu da olmaqla azı 14 nəfər həyatını itirib, 12-dən çox yaralı var. Dərhal əraziyə çox sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb edilib. Partlayışın terror aktı olduğu güman edilir.

Qeyd edək ki, 3 gün əvvəl Kvetta şəhərində törədilən terror aktı nəticəsində 3 nəfər həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol