Menu

"YAP parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb" - Əli Əhmədov

11.01.2020, 17:08
"YAP parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb" - Əli Əhmədov

"Böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb".

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.

Ə.Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, bütün sahələr üzrə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb. Əli Əhmədov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə müasir dövrün çağırışları ilə səsləşən islahatlar həyata keçirilir və xalqımız, cəmiyyətimiz bu islahatları dəstəkləyir.

Hazırda ölkəmizin mühüm siyasi hadisə ərəfəsində olduğunu deyən YAP Sədrinin müavini fevralın 9-da Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini qeyd edib.

Müşavirədə parlament seçkiləri kampaniyası ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Şərhlər

Seçici 2020-01-11 18:31:56

Bu ciddi yanaşmanı necə başa düşmək olar? Saxtakarlığa,yoxsa normal seçkiyə? Normal seçki olsa YAP-ın tanıdıımız.yəni adlarını eşitdiyimiz köhnə deputatlardan (məsələn Hadı,Səməd,Səədzadə,Siyavuş və bu kimi namizədlərinə) heç biri millətin rəğbətini qazanmayıb,əsinə nifrət edilənlərdir.Yenidən onları namizəd göstərməklə YAP yanlışlıq etdiyini niyə anlamır?mğ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol