Menu

“Liverpul” mövsümdə 20-ci qələbəbəsini qazanıb, 50-ci qolunu vurub

11.01.2020, 23:52
“Liverpul” mövsümdə 20-ci qələbəbəsini qazanıb, 50-ci qolunu vurub

İngiltərə Premyer Liqasında XXII tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 7 oyun keçirilib.

Yarışın lideri “Liverpul” “Tottenhem”in qonağı olub. Matçın taleyini Roberto Firminonun qolu həll edib. Mövsümdə 50-ci qolu vuran Yurgen Kloppun yetirmələri 20-ci qələbəni qazanıblar.

Liderin izləyicisi “Lester” gözlənilmədən “Sauthempton”a uduzub. “Çelsi” “Bernli”ni, “Mançester Yunayted” “Norviç”i darmadağın edib.

Qeyd edək ki, turun son oyunları yanvarın 12-də keçiriləcək.

İngiltərə Premyer Liqası
XXII tur
11 yanvar
“Kristal Pelas” – “Arsenal” – 1:1
Ayyu, 54 – Obameyanq, 12

“Çelsi” – “Bernli” – 3:0

Jorjinyo, 27 (pen.), Abraham, 38, Hadson-Odoi, 49

“Vulverhempton” – “Nyukasl” – 1:1

Dendonker, 14 – Almiron, 7

“Mançester Yunayted” – “Norviç” – 4:0

Reşford, 27, 52 (pen.), Marsial, 54, Qrinvud,76

“Lester” – “Sauthempton” – 1:2

Praet, 14 – Armstronq, 19, İnqs, 81

“Everton” – “Brayton” – 1:0

Riçarilson, 38

“Tottenhem” – “Liverpul” – 0:1

Firmino, 37

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol