Menu

"Ukrayna təyyarəsinin vurulmasında iştirak edən hər kəs məhkəmə qarşısına çıxarılacaq" - Ruhani

12.01.2020, 09:32
"Ukrayna təyyarəsinin vurulmasında iştirak edən hər kəs məhkəmə qarşısına çıxarılacaq" - Ruhani

İran Prezidenti Həsən Ruhani ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon bağlantısı yaradıb və söhbətində bildirib ki, Ukrayna təyyarəsinin vurulmasında iştirak edən hər kəs İranın məhkəmə orqanları tərəfindən mühakimə ediləcək.

APA xəbər verir ki, bu barədə açıqlamanı İran Prezidentinin saytı yayıb.

“Bir insan səhvi bu təyyarənin qəzaya uğramasına səbəb olub və hadisədə iştirak edən hər kəs məhkəmə tərəfindən cəzalandırılacaq”, - Ruhani belə deyib.

Ruhani əlavə edib ki, İran məhkəmə sistemi tezliklə bu məsələ ilə bağlı tədbir görməyə başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol