Menu

VİLAYƏT EYVAZOV "BANDOTDEL"in RƏİS MÜAVİNİNİ İŞDƏN ÇIXARDI - Yaş senzi ilə əlaqədar

12.01.2020, 10:06
VİLAYƏT EYVAZOV "BANDOTDEL"in RƏİS MÜAVİNİNİ İŞDƏN ÇIXARDI - Yaş senzi ilə əlaqədar

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

BakuPost-un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovu tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

T. Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.

Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol