Menu

Deputatlığa namizədlərin sayı 1047 nəfərə çatıb

12.01.2020, 15:25
Deputatlığa namizədlərin sayı 1047 nəfərə çatıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1772 nəfəri imza vərəqələrini qaytarıb, 1047 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

M. Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 299 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir: “11 nəfərin namizədliyi təşəbbüs qrupları, 1461 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb”.

Şərhlər

Seçici 2020-01-12 19:07:22

1047 namizəd 125 yerə hesabladıqda hər bir yerə 8-9 namizəd düşür.Əgər Azərbaycanda bu qədər deputatlığa layiq insan varsa,niyə ölkə bu gündədir? Yoxsa YAP-ın 125 plyus YAP üzvlərinin fərdi namizədliyini nzərə almaqla bunu yenə də YAP Milli Məclisi edəcəklər? Onsuz da saxtakarlığın ilk impulsları görünür.Əgər bu proporsianlıq nəzərə alınsa YAP namizədlərinin də 125;9=16-17 namizədinin mandat qazana bilmə ehtimalı ortaya çıxır.şƏgəər saxtakarlığa imkan verilməsə elə belə də olmalıdır.=dbnklayi6

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol