Menu

“ABŞ ilkin şərt olmadan İranla danışıqlara hazırdır” - Pentaqon

12.01.2020, 20:49
“ABŞ ilkin şərt olmadan İranla danışıqlara hazırdır” - Pentaqon

“ABŞ ilkin şərt olmadan İranla danışıqlara hazırdır”.

APA-nın RİA Novosti-yə istinadla xəbərinə görə, bunu Pentaqon rəhbəri Mark Esper bildirib.

Daha ətraflı “Biz danışıqlar masasına oturmağa və heç bir ilkin şərt olmadan bir sıra məsələləri müzakirə etməyə hazırıq”, deyə Esper əlavə edib.

O, bu addımın ABŞ-İran münasibətlərinin yaxşılaşmasına kömək edəcəyinə inandığını söyləyib.

Əlavə edib ki, general Qasım Süleymaninin öldürlüməsinə heç də təəssüflənmir: “ABŞ indi "daha etibarlıdır", Süleymaninin əllərində yüzlərlə amerikalı əsgərin qanı var idi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol