Menu

"Rusiya və Türkiyə ikitərəfli əlaqələrə zərər vurulmasına imkan verməz" - Putin

13.01.2020, 01:51
"Rusiya və Türkiyə ikitərəfli əlaqələrə zərər vurulmasına imkan verməz" - Putin

Xəbər verildiyi kimi, «Türk axını» qaz kəmərinin istismara verilməsi mərasimi yanvarın 8-də İstambulda keçirilib. «Halic» Konqres Mərkəzdə keçirilən təntnəli tədbirdə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya prezidenti Aleksandr Vuçiç və Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər («Anadolu»).

Tədbir iştirakçıları qarşısında Rusiyanın energetika naziri Aleksandr Novak və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz çıxış ediblər. Fatih Dönməz əmin olduğunu bildirib ki, «Türk axını» kəməri Türkiyəni Rusiya qazının əsas istehlakçısına çevirəcək və tranzit risklərini aradan qaldıracaq.

Mərasimdə iştirak edən Vladimir Putin bəyan edib ki, ikitərəfli münasibətlərə zərər vurmaq cəhdlərinə baxmayaraq, Rusiya və Türkiyə arasında əməkdaşlıq bütün sahələr üzrə inkişaf edir. 

«Türkiyənin yerləşdiyi bölgədə Rusiya və Türkiyənin səylərinə əks olaraq, gərginliyin artırılmasına cəhdlər edilir» - deyə, Rusiya prezidenti bildirib.

Putin xatırladıb ki, Rusiya 2019-cu ildə ölkəsi Türkiyəyə 24 milyard kubmetr qaz tədarük edib.

Prezident Ərboğan isə öz növbəsində, Rusiya ilə qarşılıqlı fəaliyyətə yüksək qiymət verib və Yaxın Şərq bölgəsini yeni qarşıdurma məkanına çevirməməyə çağırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol