Menu

Səfirlik bir qrup hindistanlının Şəhidlər xiyabanında klip çəkdirməsini pisləyib

13.01.2020, 15:10
Səfirlik bir qrup hindistanlının Şəhidlər xiyabanında klip çəkdirməsini pisləyib

Hindistanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib.

Səfirlikdən "Report"a bildirilib ki, hansısa şəxslər tərəfindən nümayiş olunan bu cür davranışlar tərəfimdən pislənilir.

"Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər adiyyəti qurumlarla birgə işləyir", - səfirlikdən vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanıb.

Şərhlər

Azerbaycanli 2020-01-13 19:24:14

Elmar Memmedyarov..., NIYE, NOTA GONDERMIRSEN Hindistan hokumetine?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol