Menu

Salyanda keçmiş polis rəisinin müavini vəfat edib

14.01.2020, 20:04
Salyanda keçmiş polis rəisinin müavini vəfat edib

Salyan rayonunda keçmiş polis rəisinin müavini dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, 1999-cu ildən təqaüddə olan Salyan Rayon Polis Şöbəsinin xidməti üzrə rəis müavini, polkovnik-leytenant İsmayıl Gözəlov 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1976-cı ildən polis şöbəsində çalışan İsmayıl Gözəlov 1984-1995-ci illərdə xidməti üzrə rəis müavini işləyib. Təqaüdə çıxdıqdan sonra ömrünün sonuna kimi Salyan Rayon Polis Veterenlar Şürasının sədri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol