2005 və 2010-cu illərdə 57 saylı Kürdəmir Seçki Dairəsindən deputat seçilmiş Fərhad Qəribov 9 fevral növbədənkənar parlament seçkilərində sözügedən ərazidə oğlunun namizədliyini irəli sürüb.
Unikal.org-un əldə etdiyi məlumata görə, 20.11.1977-ci il təvəllüdlü Qəribov Rəşad Fərhad oğlunun artıq 57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyi təsdiqlənib.
Bununla belə, 9 fevral seçkilərində YAP həmin dairədən Fərhad Qəribovun əmisi oğlu Nizami Qəribovun namizədliyini irəli sürüb.



Şərhlər
Bu nə biabırçı seçki olacaq! Köhnə deputatlar utanmayaraq oğul-qızlarını yerərinə namizəd edirlər.Məgər deputat yerləri onlara satılıb? Ya bron ediblər? Bu necə MSK-dır ki, belə namizədləri qeydiyyata alır? Niyə möhtərəm prezidrentə məlumat verməmiş belə biabırçı qeydiyyatlar aparılır? Sanki müəyyən sayda yerlər xüsusu ailələrə məxsusdur.Onda bu qədər vəsait sərf edib seçki oyunu keçirməyin mənası varmı?