Menu

Hansı səhv faydalı içkini “zəhər”ə çevirə bilər?

15.01.2020, 00:27
Hansı səhv faydalı içkini “zəhər”ə çevirə bilər?

Almaniyanın risklərin qiymətləndirilməsi Federal İnstitutunun mütəxəssisləri danışırlar ki, düzgün dəmlənməmiş çaydan istifadə insan sağlamlığına yönəlik ciddi problemlərə gətirib çıxara bilər (Fokus.de).

Bu içkidən gözlənilən ləzət sağlamlıq üçün təhlükəyə çevrilməsin deyə, heç vəchlə tara üzərindəki qeydləri diqqətdən kənar qoymaq olmaz.

Söhbət çay yarpaqlarının və ya otun üzərində qaynar su töməkdən gedir.

“Məsələ burasındadır ki, çay - natural ərzaqdır ki, məlum səbəblərdən dolayı, içərisində bakteriyalar, mayalar və kif ola bilər. Ən pis halda onun tərkibində patogenlər (məsələn, salmanella) ola bilər. Qaynar su arzuolunmaz mikrobları öldürür” - deyə, mütəxəssislər izah edirlər.

Ekspertlər həm də ot və ya meyvə çayını qaynar su əlavə etdikdən sonra minimum 5 dəqiqə saxlamağı məsləhət görürlər. Bundan sonra içkini soyudub içmək olar.

Bundan başqa, iki saat əvvəl dəmlənmiş çayı da içmək məsləhət deyil.

AzPoliika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol