Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsinə artıq başlanılıb və Xırdalan dairəsi ərazisində mövcud yeraltı tunelin həm gediş-gəliş hissəsində əlavə 2 hərəkət zolağının, həm də yeni yeraltı tunelinin tikintisinə başlanılıb.
"APA-Economics"in məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, bundan əlavə “20 Yanvar”dan çıxan tuneldən Bakı ətrafı qəsəbələrə və Xırdalan daxil olmaqla, Rusiya və Sumqayıt istiqamətinə gedən yol zolaqlarının ayrılması nəticəsində bu intensivliyin aradan qaldırılması layihəsinə başlanılıb.
"Bakı şəhərindən Sumqayıta olan 28 kilometrlik magistral avtomobil yolu 2008-ci ildən genişləndirilir. 2011-ci ildə bu magistral vətəndaşların istifadəsinə verilib. Həmin vaxt avtomobillərin gündəlik hərəkət 7-10 min avtomobilin hərəkətinə hesablanıb. Son dövrlərdə Sumqayıtda tikilən sənaye parklarının, yeni müəssisələrin çoxluğu, açılan ali məktəblər və s. insanların gedişini artırıb", - deyə S. Məmmədov qeyd edib.
S. Məmmədov əlavə edib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.


Şərhlər
Bakı-Sumqayıt yolunda sıxlığı azaltmağın ən yaxşısı Masazır-Binəqədi mərkəz yolunun açılmasıdır.Birbaşa Binəqədi mərkəz yoluna çıxış,həm şəhərlə Masazır arasındakı məsafəni qısaldar,həm də metronun "Gənclik" stansiyasına gedişi xeyli rahatlandırar.Bakı-Sumqayıt yolu,əsasən Masazıra gedən avtomobillər hesabına tıxaclanır.Odur ki,genişləndirmə əməliyyatı pul yeyintisindən başqa heç nəyə yaramayacaq.