Cəlilabad rayonunda yol qəzası baş verib."Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, "Ford" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə şəxsiyyəti hələlik müəyyən edilməyən bir nəfər ölüb. İki nəfər - Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Tahirov Yaşar Ərəb oğlu və Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Bədəlova Gültəkin Əyyub qızı yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər