Menu

“Medianın seçkilərə marağı kifayət qədər böyükdür” - MŞ sədri

16.01.2020, 10:52
“Medianın seçkilərə marağı kifayət qədər böyükdür” - MŞ sədri

“Medianın seçkilərə marağı kifayət qədər böyükdür”.

“Report” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, MŞ əvvəlki illərdə seçkilərlə bağlı monitorinq aparılıb:

“Bəzən neqativ və xoşagəlməz hallar da müşahidə olunub. Seçkilərlə bağlı KİV təmsilçiləri üçün müəyyən treninqlər də keçirilib”.

MŞ sədri qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar KİV-də monitorinqlər aparacaq:

“Eyni zamanda seçki günü bir neçə istiqamətdə fəaliyyət göstərəcək. Həmin gün "qaynar xətt" fəaliyyət göstərəcək. Jurnalistlər həmin "qaynar xətt" vasitəsilə üzləşdiyi problemləri Şuraya bildirəcəklər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol