Gürcüstanda rəyi soruşulanların böyük əksəriyyəti hökumətin fəaliyyətindən narazıdır

Gürcüstanda rəyi soruşulanların 64%-i hökumətin fəaliyyətini mənfi qiymətləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Respondentlərin 30%-i isə hökumətin fəaliyyətini yaxşı qiymətləndirib.

Sorğuda iştirak edənlərin 53%-i Gürcüstanda demokratiyanın olmadığını bildirib. Onların 33%-i isə demokratiyanın olduğunu söyləyib.

Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il noyabrın 19-dan dekabrın 13-dək 2 180 respondent arasında keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar